M48 Patton

M48 Patton
Ölkə
İstismar tarixçəsi
İstismara başlanması 1953
İstifadə edilən döyüşlər
İstehsal tarixçəsi
İstehsalçı Chrysler, Ford
Xüsusiyyətləri
Eni 3,62 m
Hündürlüyü 3,12 m
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
M48 Patton

M48 Patton Patton seriyasındakı tankların üçüncü və son orta tankıdır. M48 Patton tankları, KoreyaVyetnam müharibələrində istifadə edilən əsas tanklardır. Amerikalı general George Pattonun adını daşıyır.

M48 Patton, ABŞ Silahlı Qüvvələrinin xidmətindəki M4 Sherman və M47 Patton tanklarını əvəz etmək üçün yaradılmışdır. M48 Patton, M47 Pattona bənzər görünsə də, M48 Patton tamamilə yeni bir tank dizaynındadır. M48 Patton tankı M60 Patton tankı xidmətə qəbul edilənə qədər ABŞ ordusunda bir ara keçid tankı olaraq xidmət etmişdir.

A5 modelləri ilə ABŞ Quru Qoşunları tərəfindən 1990-cı illərə qədər istifadə olunan bu tank sonradan xidmətdən çıxarıldı. Qərbi Almaniyanın silahsızlaşdırılması müqavilələrinə əsasən 1.000-ə qədər tank Türkiyəyə satılaraq əldən çıxarılmış, beləcə almanlar əllərindəki tankları yeniləmə fürsətindən ağıllı bir formada istifadə etmişdirlər. Türkiyənin əlindəki M48 tankları yavaş-yavaş xidmətdən çəkilməkdə olub, daha çox polis bölmələrinin qorunmasında istifadə edilməkdədirlər.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy